2850 şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin olunub

12:14 - 16.03.2021


16 mart, Fineko/abc.az. Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində artıq 2850 şəhidin 7230 ailə üzvünə 12846 istiqamət üzrə sosial ödəniş təyinatı aparılıb.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, təyinatlar şəhid ailələri üzvlərinin müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan aparılır.

"Yəni bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılmaqla elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunur. Artıq bu proses yekunlaşmaq üzrədir. 83 mülki şəhidin 206 ailə üzvünə də 400 sosial ödəniş təyin edilib”, - deyə nazir vurğulayıb. 

 

Other news