200-ə yaxın qazi ilə bağlı əlillik təyinatı aparılıb – Sahil Babayev

12:26 - 16.03.2021


16 mart, Fineko/abc.az. Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, onların sənədlərini sürətlə rəsmiləşdirir, e-sistemə daxil edir, ümumilikdə, əyani müayinə əsasında əlilliklərini qiymətləndirir: “Artıq 200-ə yaxın qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Bu təyinatla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni elektron sistem üzərindən təyin olunur”.

 

Other news