Yapi Kredi’də endirimli kreditlər dövrü başladi

12:24 - 7.03.2018


Yapı Kredi Bank Azərbaycan kredit məhsulu üzrə faizlərə endirim etmiş və müxtəlif istehlak krediti məhsullarını müştərilərinə təqdim edir.

Bankdan aldığımız məlumata görə, istehlak krediti üzrə illik faiz dərəcələri 18%-dən, effektiv faiz dərəcəsi isə 10%-dən başlayır.  Digər bir maraqlı məqam isə kreditlərin maksimum məbləğinin olmamasıdır. Yəni, müştərilər istənilən məbləğdə fərdi ehtiyac krediti üçün banka müraciət edə bilərlər. Kreditin maksimum müddəti 36 aydır. Məhsullarla bağlı məlumatı aşağıda diqqətinizə çatdırırıq.

 

İstehlak Krediti,Kimlər Üçün? İllik
% dərəcəsi
FİFD Zamin Girov
Neft-Qaz Sahəsində çalışanlar 20% 21.10%-dən başlayaraq Tələb Edilmir Tələb Edilmir
IT və Telekommunikasiya sahəsində çalışanlar 20% 21.10%-dən başlayaraq Tələb Edilmir Tələb Edilmir
Əmək Haqqını Yapı Kredidən Alanlar 18% 19.10%-dən başlayaraq Tələb Edilmir Tələb Edilmir
Təkrar Müştərilər 20% 21.10%-dən başlayaraq Tələb Edilmir Tələb Edilmir
Yeni Müştərilər 24% 25.14%-dən başlayaraq Tələb Edilmir Tələb Edilmir

 

 

Kimlər müraciət edə bilərlər?

Yapı Kredi Bank Azərbaycanın istehlak kredit məhsulundan Neft-Qaz, IT və Telekommunikasiya sahəsində çalışanlar, Əmək haqqını Yapı Kredidən alanlar, Bankın təkrar müştəriləri və digər bütün yeni müştərilər istifadə edə bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla bankın filiallarına müraciət edə bilərlər. (https://www.yapikredi.com.az/az/filiallar ) Krediti online da sifariş etmək mümkündür. Online sifariş üçün müvafiq linkə klik etmək gərəklidir. https://www.yapikredi.com.az/az/kredit-sifarisi.

Məhsulla bağlı ətraflı məlumatı www.yapikredi.com.az ünvanından və ya 24/7 fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

 

Other news