Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 30 mənzil verilib

14:42 - 9.04.2021


9 aprel, Fineko/abc.az. Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil təqdim edilib.

ABC.AZ-ın məlumatına görə, mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son üç ildə də təqdim edilən mənzil və fərdi evlərin sayında ciddi artımı diqqətə çatdırıb.

O bildirib ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

 

Other news