Azərbaycan Avropaya xurma ixrac edəcək - Sentyabrdan etibarən

15:21 - 9.04.2021


9 aprel, Fineko/abc.az. Azərbaycan 2021-ci ilin sentyabrında Avropa ölkələrinə təzə xurma ixrac edəcək.

ABC.AZ-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov deyib.

O bildirib ki, Azərbaycan ilin əvvəlindən 37 tondan çox xurma ixrac edib. İl ərzində ixrac təxminən 2 dəfə artıb: "Qeyd olunan dövrdə xurma ixracı 30 milyon dolları ötüb. 2021-ci ilin məhsulu sentyabr ayında Rusiyaya və Avropa ölkələrinə tədarük olunacaq".

 

Other news