Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunda tikinti necə gedir? - Foto

15:32 - 9.04.2021


9 aprel, Fineko/abc.az. Yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu boyunca torpaq işləri icra olunur.

ABC.AZ-ın məlumatına görə, yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsinə təmin etmək məqsədi ilə 45 dairəvi boru və 25 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 7 yeni avtomobil körpüsünün inşası da planlaşdırılır.

Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib.

Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir.

Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

 


Other news