Azərbaycan dondurulmuş xurmanı bu qiymətə ixrac edir

15:45 - 9.04.2021


9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov Azərbaycanın 2021-ci ilin sentyabrından Avropa ölkələrinə təzə xurma ixrac edəcəyini açıqlayıb.

ABC.AZ-ın Trend-ə istinadən məlumatına görə, o sentyabrda fermerlərin bütün aqrotexniki tədbirləri başa çatdıracağını qeyd edib:

"Təzə xurmanın bir kiloqramının ixrac qiyməti ötən il orta hesabla 1,5 dollar, quru və dondurulmuş xurmanın qiyməti 10 dollar təşkil edib. Daxili bazarda təzə xurmanın bir kiloqramının qiyməti 2,5-3 manat təşkil edib".

 

Other news