Azərbaycanda vaksin istehsal oluna bilər

14:26 - 16.04.2021


16 aprel, Fineko/abc.az. Aprel-may aylarında Rusiya Azərbaycana 100 min dozadan çox “Sputnik V” koronavirus peyvəndi tədarük edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə bildirib. O qeyd edib ki, kütləvi peyvəndlənmə “COVID-19” pandemiyasını dayandırmaq və vətəndaşların həyatını və sağlamlığını qorumaq üçün yeganə real yoldur. Sədr Azərbaycana peyvənd tədarükündən əlavə, vaksinin Azərbaycanda istehsalı məsələsinə baxıldığını da qeyd edib.

 

Other news