Prezidentdən Sərəncam - "Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdiriləcək

15:03 - 16.04.2021


16 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti özəlləşdirilməyə açıq elan edilib.

Müəyyən edilib ki, Cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçirilir və Cəmiyyətin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorlar da iştirak edir.

 

Other news