3 ayda Azərbaycana 15 mindən çox avtomobil idxal edilib

15:57 - 16.04.2021


16 aprel, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 157 milyon 999 min dollar dəyərində 15 min 539 ədəd avtomobil idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 42 ədəd çoxdur. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 169 milyon 634 min dollar dəyərində 15 min 492 ədəd avtomobil idxal edilmişdi.

Qeyd edək ki, minik avtomobillərinin idxalı 14 min 417 ədəddən 14 min 219 ədədə geriləyib.

 

Other news