Bu aylarda istehlak qiymətləri indeksi artıb – Ötən illə müqayisə

11:09 - 20.04.2021


20 aprel, Fineko/abc.az. Azərbaycanda mart ayında bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil edib.

Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,1 faiz təşkil edib.

Müəllif: Elmir Murad

Other news