On beş ildə Bakıda bu qədər avtobus yenilənib

12:05 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, V.Kərimli bir sıra vacib məqamlara toxunub.

O qeyd edib ki, 2005-ci ildən bu günədək Bakı şəhərində 968 avtobus yenilənib.

"Bunlardan 724 avtobus BNA-ya, 244 avtobus özəl daşıyıcılara məxsusdur. 2020-ci il ərzində 119 avtobus yenilənib. Bunlardan 115 ədədi dövlət hesabına, 4-ü isə özəl şirkətlər tərəfindən yenilənib. Ötən il metronun bağlanmasından sonra avtobuslara tələbat artıb. Həyata keçirilən tədbirlər nəticəsində istismarda olan avtobusların 46 faizi yenilənib. Həmçinin paytaxtda olan avtobuslar CNG ilə işləyir. 5 il ərzində 1680 marşrut avtobusu təmir edilərək yenilənib. Ümumilikdə həmin avtobuslarda gündəlik olaraq 2 milyondan çox sərnişin daşınır", - deyə V.Kərimli qeyd edib.

 

Other news