Bakı-Alanya-Bakı marşrutu üzrə uçuşlar həyata keçiriləcək - Qiyməti açıqlandı

16:09 - 25.05.2021


25 may, Fineko/abc.az. Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti 3 iyuldan etibarən Bakı-Alanya-Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq.

ABC.AZ-ın məlumatına görə, Türkiyənin bu kurort şəhərinə uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.

Bundan əlavə, 19 iyun tarixindən aşağıbüdcəli aviaşirkət  Ankaraya uçuşların sayını artıracaq. Həmin tarixdən etibarən "Buta Airways" aviaşirkəti tərəfindən Türkiyənin paytaxtına uçuşlar həftədə üç dəfə  həyata keçiriləcək.

Qeyd edək ki, aviabiletin dəyəri 55 avrodan başlayır.

 

Other news