55 avroya Rusiyaya uçmaq olacaq – Yeni aviareyslər açıldı

03.06.2021,15:15


3 iyun, Fineko/abc.az. “Buta Airways” bu gündən etibarən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayıb.

Aviaşirkətdən ABC.AZ-a daxil olan məlumata görə, uçuşlar həftədə bir dəfə - həftənin cümə axşamı günləri Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetirilir.

Aviabiletlərin qiyməti 55 avrodan başlayır.