“Unicapital” yanvar-fevral aylarında Bakı Fond Birjasının brokerləri sırasında liderdir

17:11 - 16.03.2018


16 mart, Fineko/abc.az. “Unicapital İnvestisiya şirkəti” ASC yanvar-fevral aylarında, Bakı Fond Birjasında (BFB) dövlət və korporativ qiymətli kağızlar bazarında brokerlərin renkinqində lider olaraq qalır.

BFB-ın məlumatında deyilir ki, 2018-ci ilin yanvar-fevral aylarında, göstərilən xidmətlərin həcmlərinə görə brokerlərin renkinqində birinci yerində, 1 186,734 milyon manat (1 186 734 665,04 AZN) məbləğində xidmətlər göstərən “Unicapital”dır. O cümlədən, törəmə maliyyə alətləri üzrə “Unicapital” 947 961 819,48 AZN məbləğində xidmətlər göstərib.

İkinci yerdə, 1 139,234 milyon manat (1 139 234 383,13 AZN), o cümlədən dövlət istiqrazları üzrə 1 004 497 024,10 AZN həcmində göstərilən xidmətlərlə,  “PASHA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Üçüncü mövqedə, 948,268 milyon manat (948 268 343,78 AZN) həcmində göstərilən xidmətlərlə “Invest-Az İnvestisiya Şirkəti” QSC  yerləşir. O cümlədən törəmə maliyyə alətləri üzrə - 947 961 819,48 AZN məbləğində xidmətlər göstərib.

Dördüncü yerdə - 816,603 milyon manat (816 602 619,31 AZN) həcmində “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Beşinci yeri, 222,954 milyon manat (222 954 014,42 AZN) həcmində xidmətlərlə,  “Xalq Kapital İnvestisiya Şirkəti”QSC tutur.

Altıncı yerdə, 88,201 milyon manat (88 201 199,10 AZN) həcmində göstərilən xidmətlərlə “PSG Kapital İnvestisiya Şirkəti” QSC-dir.

“Kapital Menecment  İnvestisiya Şirkəti” ASC yanvar-fevral aylarında ticarətdə iştirak etməmişdir.

2017-ci ildə BFB-da brokerlər arasında lider həmçinin “Unicapital” olmuşdur.

 

 

 

Other news