Azərbaycanda Bakı-Böyük-Kəsik dəmir yolunun 475 km sahəsi təmir olunub

10:31 - 27.03.2018


27 mart, Fineko/abc.az.  “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük-Kəsik yolunun əsaslı təmirini davam etdirir.

ADY-in məlumatında deyilir ki, Gəncə-Alabaşlı mənzilində 7,2 km  yolun əsaslı təmiri başlanıb.

“Bu sahənin təmiri bir həftə ərzində tamamlanacaq”, - məlumatda belə deyilir.

14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Bu günə kimi 475 km dəmir yolu əsaslı təmir olunub.

 

Other news