Azərbaycan Rusiyaya gələn turistlərin ölkələrinin ilk onluğuna daxil olub

11:02 - 27.03.2018


27 mart, Fineko/abc.az. “TurStat” Analitik Agentliyi 2017-ci ilin nəticələrinə görə Rusiyaya gələn turistlərin ölkələrinin reytinqini tərtib edib.

“TurStat”ın verdiyi məlumata görə, 2017-ci ildə Azərbaycandan Rusiyaya olan səfərlərin sayı 876 min, Rusiyadan gələn turist səfərlərinin ümumi sayı isə 24 milyondan çox olmuşdur.

Ötən il Azərbaycan Rusiyaya turist səfərlərinin sayına görə 5-ci yeri tutmuşdur.

Rusiyaya daxil olan turist səfərlərinin sayına görə ilk onluğa Ukrayna (8,7 milyon səfər), Qazaxıstan (3,5 milyon), Çin (1,5 milyon), Finlandiya (1 milyon), Azərbaycan (876 Polşa (714 min), Ermənistan (584 min), Almaniya (580 min), Moldova (519 min) və Abxaziya (432 min) daxil olub.

2017-ci ilin nəticələrinə görə, xaricdən Rusiyaya edilən turizmin artımı üzrə Çin 1-ci yeri (1,5 milyon) tutaraq, 2016-cı ilin göstəriciləri ilə müqayisədə, 189 mindən çox (+15%) səfər təşkil edib. 2-ci yerdə Cənubi Koreyadır (254 min) ki, buradan, 2016-cı ilin göstəriciləri müqayisədə, 93 min səfər  çox səfər edilib.

 

 

Other news