Bakıda hazırda tıxac olan yollar - Siyahı

14:13 - 30.06.2021


30 iyun, Fineko/abc.az. Bakıda əsas küçə və prospektlərdə hazırkı vəziyyət açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, hazırda bu yollarda sıxlıq müşahidə olunur:

1. Abbasqulu ağa Bakıxanov küçəsi (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti);

2. Akademik Həsən Əliyev küçəsi (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti);

3. Şah İsmayıl Xətai prospektində (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən, əsasən Əhmədbəy Ağa oğlu küçəsi ilə kəsişməyə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində) davamlı olaraq qısa müddətli sıxlıqlar müşahidə olunur;

4. Alı Mustafayev küçəsi – Köməkçi yol – (Ziya Bünyadov prospekti istiqamətində).

 

Other news