Gürcüstanda karantinlə bağlı yeni qaydalar

16:11 - 2.07.2021


2 iyul, Fineko/abc.az. İstənilən ölkədən hava nəqliyyatı ilə səyahət edən bütün ölkələrin vətəndaşları, Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam vurulmasını (iki doza) təsdiqləyən sənədi və 5 iyul tarixindən başlayaraq ölkəyə daxil olmaqdan 72 saat öncə alınmış neqativ PCR-test haqqında arayışı təqdim etdikləri təqdirdə, Gürcüstana daxil ola bilərlər.

Sənədlər ingilis dilində olmalıdır. ABC.AZ xəbər verir ki, bu barədə “Buta Airways” aviaşirkətindən bildirilib.

Səyahətdən 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim edən Gürcüstan vətəndaşı 8 günlük özünütəcrid şəraitində qalmalı və ya Gürcüstanda olduğu 3-cü gün ərzində öz hesabına əlavə PCR müayinəsindən keçməlidir.

Əgər özünütəcrid mümkün deyilsə, vətəndaş məcburi karantinə yerləşdiriləcək. Gürcüstan vətəndaşı sərhəddə PCR testini təsdiqləyən sənədi təqdim etmədiyi təqdirdə 8 gün özünütəcridə alınacaq, və ya təcrid olunması mümkün deyilsə, məcburi karantinə yerləşdiriləcək.

 

Other news