Bakıya uçuşlar həyata keçirən şirktlər artır

10:52 - 9.07.2021


9 iyul, Fineko/abc.az. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb.

Hava Limanından ABC.AZ-a daxil olmuş məlumata görə, milli aviadaşıyıcı AZAL və onun  törəmə müəssisəsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkəti ilə  yanaşı,Turkish Airlines, Lufthansa, Qatar Airways, Aeroflot, S7, flyDubai kimi iri aviaşirkətlər, habelə Pegasus, SkyUp Airlines kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və ya uçuş icra etməyə hazırlaşırlar.

Ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat).

AZAL doqquz istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24% -i).

Hazırda sərnişin tələbatının daha çox olduğu istiqamətlər Rusiya (19 şəhər) və Türkiyədəndir (7 şəhər). Azərbaycandan hava yolu ilə həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səyahət etmək mümkündür.


Other news