Azərbaycan sementi xaricə daşınmağa başlandı

10:57 - 13.07.2021


13 iyul, Fineko/abc.az. “Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb.

ABC.AZ xəbər verir ki, bu dəfə şirkət Azərbaycan sementinin dəmir yolu ilə Gürcüstana daşınmasına start verib.

Yüklər Qaradağ stansiyasında, “ADY Express” MMC tərəfindən təqdim edilən yarımvaqonlara yüklənərək, Gürcüstanın Kaspi yük stansiyasına çatdırılır. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilkdə 6-7 günə həyata keçirilir.

Other news