Azərbaycan və Səudiyyə Ərəbistanı Bakıda iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcəklər

10:09 - 2.04.2018


2 aprel, Fineko/abc.az. Yayda Bakıda, iqtisadiyyat, ticarət, investisiya, texnologiya, idman və mədəniyyət üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə Komissiyasının növbəti beşinci iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilənə əsasən, İqtisadiyyat naziri Şahin Mustafayev bunu Səudiyyə Ərəbistanı səfiri Museid İbrahim Abdullah Əs-Süleymani ilə görüşündə bəyan edib.

“Komissiyanın iclası iyun ayında Bakıda baş tutacaq və iclas çərçivəsində həmçinin biznes forum keçiriləcək”, - nazir belə deyib.

Other news