Neft yüksəlir, Brent bir barelə $75,63 təşkil edir

10:18 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. Ötən gün yüksəldikdən sonra cümə axşamı günü etalon markaların qiymətləri ticarət gedişatında artmağa davam edir – Brent 2,5%, WTI - 3% yüksəldi. Qiymətlərin artım səbəbi, ABŞ-ın Energetika Nazirliyinin ölkədəki enerji ehtiyatlarının kəskin şəkildə azalması ilə bağlı məlumatlardır.

ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə kommersiya xammalı ehtiyatları 6,4 mln. barrel azalıb. Onların həcmi yeddi həftənin sonunda ardıcıl olaraq azalıb. Benzin ehtiyatları 1,9 milyon barel, distillatlar - 1,7 milyon barel azalıb.

Saat 9:18-də London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,17 (0,23%) bahalaşaraq bir barelə $75,63   təşkil edib. Sentyabrın 15-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $1,86 (2,53%) yüksələrək bir barelə $75,46 təşkil edib.

Saat 9:18-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,16 (0,22%) artaraq bir barelə $72,77 təşkil edib. Sentyabrın 15-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $2,15 (3,05%) yüksələrək bir barelə $72,61 təşkil edib.

Bloomberg agentliyinin eksperti hesab edir ki, belə şəraitdə neftin qiyməti artmaqda davam edəcək, COVİD-19 səbəbindən irəli gələn tələbat perspektivləri ilə bağlı narahatlıqlar isə arxa plana keçir.

 

Other news