Azərbaycana bu ölkələrdən quş əti gətirilməsinə qadağa qoyuldu - Siyahı

16:21 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra ölkələrdən Azərbaycana quş əti gətirilməsinə məhdudiyyət qoyub. 

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Polşa Respublikasının Malopolski (Małopolskie) vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski (Mazowieckie) vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski (Warmińsko-Mazurskie) vilayətinin Olsztyn, Velikopolski (Wielkopolskie) vilayətinin Szamotuły, Kalisz, Opolski (Opolskie) vilayətinin Krapkowice, Prudnik rayonlarında baş vermiş yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizootik ocaqları mövcuddur, həmçinin Pakistan İslam Respublikasının Pəncab (Punjab) regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

 

Other news