«AccessBank»ın İdarə Heyətinin sədri və Baş Meneceri Rolf Reyhardtla müsahibə

11:21 - 9.04.2018


«AccessBank»ın İdarə Heyətinin sədri və Baş Meneceri Rolf Reyhardtla müsahibə

- Cənab Reyhardt, «AccessBank» Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının ilk 5-liyinə daxildir. Sizcə, dünyanın maliyyə bazarlarında baş verən hansı hadisələr Azərbaycanın bank sektoruna və sizin bankınıza daha çox təsir göstərib?

- Burada mən 2008-ci ildəki qlobal maliyyə böhranını xatırlatmaq istərdim, hansıki, əlbəttə, Azərbayanın bank sektoruna təsir etmişdi.Həmin vaxt «AccessBank» ölkədə kredit məhsullarını təqdim edən yeganə bank idi. Bunun da əsas nəticəsi bizim biznesin kreditləşməsində bazar payımızın artması oldu və bugün «AccessBank» ölkənin aparıcı bankları arasında öz möhkəm mövqeyini qoruyur.

Bank sektoruna təsir edən əsas faktor isə,sözsüz ki, 2014/15-ci illərdə neftin kəskin ucuzlaşması oldu. Bu da manatın güclü devalvasiyası ilə nəticələndi.Öz növbəsində devalvasiya bank sektoruna güclü zərbə vurdu, çünki bankların müştəriləri dollar kreditlərinin ödənilməsində çətinliklərlə üzləşdilər. Manatla ifadədə bu kreditlərin həcmi təqribən 2 dəfə artmışdı, müştərilərin gəlirləri isə idxalın bahalaşması nəticəsində,əksinə, azalmışdı. Xoşbəxtlikdən, bir il əvvəl sabit valyuta məzənnəsinin müəyyən edilməsi ilə vəziyyət sabitləşdi.

- Sizin qısa müddətli və uzun müddətli planlarınız necədir?

- Bizim bu il və qarşıdakı illər üzrə proqnozlarımız çox müsbətdir. Biz ötən ilin sonunda biznesin kreditləşməsinin artımından çox razı qaldıq və bu il səbirsizliklə artımın davam edəcəyini gözləyirik. Ölkədə rəqəmsal bank məhsullarına tələbatın artmasını müşahidə edərək, bankımız da özünün onlayn məhsullarını bundan sonra da genişləndirməyi planlaşdırır.

Qarşıdakı 12 ay ərzində müştərilərimiz üçün onlayn bankinq sistemində çoxsaylı yeni və çox cəlbedici funksiyalar təklif etməklə, AccessBank Azərbaycandakı müştəriləri üçün həllər təqdim edən aparıcı struktura çevrilməyə çalışır.

Eyni zamanda, biz ötən il bankımızın iqtisadi effektliyinin yüksəldilməsi üçün çoxlu səylər göstərmişikki, müştərilərimizə daha aşağı qiymətlərlə daha keyfiyyətli məhsullar təqdim edək. Bu sahədə bizim böyük uğurlarımız var, lakin hələ 2018-ci ildə görəcəyimiz işlər də az deyil.

- Azərbaycan iqtisadiyyatının hansı sahələrini Siz daha effektiv hesab edirsiniz?

- Mən ölkənin qeyri-neft sektorunun inkişafında böyük potensial görürəm. Azərbaycanda müxtəlif iqlim zonalarının zənginliyi isə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafı üçün böyük imkanların olmasından xəbər verir.Mən yalnız dadlı pomidor və narı deyil, qida sənayesi üçün yüksək səviyyəli məhsulları da nəzərdə tuturam. Turizm sektorunda da qısa müddət ərzində görülən işlər öz bəhrəsini verdi - artıq bu sektorda da müsbət artımı müşahidə etmək olar. Mən eləcə də daha bir cəlbedici inestisiya sektoru olan azad ticarət zonası və sənaye parklarını qeyd edə bilərəmki, bura da xarici investorların marağı böyükdür və artmaqdadır.

- Regionların sosial-iqtisadi inkişafı reytinqinə əsasən, ölkəmizin bəzi iri regionlarında cəmi 2-3 bank şöbəsi fəaliyət göstərir. Bu vəziyyəti necə düzəltmək olar?

- Adətən banklar biznesin arxasınca gedirlər. Yəni, əgər regionlarda sahibkarlıq fəaliyyəti üçün imkanların genişlənməsi davam etdikcə, banklar da buradakı fəaliyyətlərini genişləndirəcəklər. Bizim bankımızın əsas fəaliyyəti müxtəlif həcmdə olan müəssisə və fermalarla bağlı olduğuna görə, regionlardakı filiallar da bizim payımız nisbətən yüksəkdir. Amma dəyişiklikləri də izləmək lazımdır. Smartfonlardan istifadə edən yeni nəsil böyüyür. Gələcəkdə bu smartfonlar onlar üçün evdəki bank filialına çevriləcək. Ona görə,mən ümumilikdə gələcəkdə filialların sayının çox da artacağını gözləmirəm.

- Sizcə Azərbaycanda Qərbin iri banklarının nümayəndəlikləri açılarsa, AccessBank bazardakı rəqabətə davam gətirəcəkmi?

- Biz öz fəaliyyətimizlə bağlı hansısa münaqişə gözləmirik və belə nümayəndəliklərlə əməkdaşlığa yalnız şad olacağıq. Təbiiki, əgər bu proses müştərilərə fayda gətirəcəksə...

- Siz öz fəaliyyətinizi dünya bazarlarında genişləndirməyi planlaşdırırsınızmı? Bu gün buna nə mane olur?

- Bizim bankımızın üstünlüklərindən biri odurki, biz «AccessHolding»in bir hissəsiyik. Bu holdinq dünyanın müxtəlif ölkələrində banklara sahibdir. Bir qədər əvvəl bu siyahıya Gürcüstandakı «Credo Bank» da daxil oldu.

- Son 3 ildə ölkə əhalisinə göstərilən xidmətlərin dinamikası necə dəyişib? Hesab edirsinizmiki, əhalinin bank sisteminə inamını geri qaytarmaq olar? Sizdə bununla bağlı hazır reseptlər varmı?

- Biz qanunvericilikdəki dəyişikliklər sayəsində nağdsız ödənişlərin artımını müşahidə edirik. Biz bu dəyişiklikləri alqışlayırıq, çünki onlar rəqəmsal bank xidmətlərinin inkişafına şərait yaradır. Etimada gəldikdə isə, mən əminəmki, banklar inkişaf edə bilərlər. Düstur isə çox sadədir: sadəcə xaricdən müştərilər üçün, daxildən isə risklərin ağıllı idarə edilməsi üçün şəffaf olmaq lazımdır. Bundan başqa, qeyd etmək lazımdırki, Maliyyə Bazarlarına Nəzarət Palatası bank fəaliyyətinə ağıllı yanaşaraq uğurlar əldə edir. Bu da həm bank sektoru, həm də onun müştəriləri üçün sərfəlidir.

- 2017-ci ildə bankın nizamnamə kapitalı 140 milyon manata qədər artdı. Bu artıma hansı faktorlar təsir etdi?

- İki səbəb var. Birincisi, biz kapitalımızı ona görə artırdıqki, dollar krediti olan və devalvasiyadan əziyət çəkən müştərilərimizə krediti daha uzun müddətə qaytarmaq imkanı verək. İkincisi, böyük kapital bizə kreditləşmə sahəsində fəaliyyətimizi daha da genişləndirmək üçün lazımidi. Yeri gəlmişkən, biz bu il kapitalımızı bir qədər də artırmağa hazırlaşırıq. Kapital artımı elə böyük olacaqki, təkcə cari biznesə deyil, yaxın gələcəkdə də fəaliyətimizi genişləndirmək üçün kifayət etsin.

- Son vaxtlar bəzi xarici banklar rəqəmsal bankinq xidmətləri təklif etməyə başlayıblar. Bəs «AccessBank» öz müştərilərinə hansı innovasiylar təqdim etməyə hazırlaşır?

- Əvvəla qeyd etmək istəyirəm ki, son illər biz bankımızın İT infrastrukturuna da yatırımlar etmişik və bunun hesabına bank sektorundakı innovasiyalarla ayaqlaşırıq. Bu gün bankımız müştərilərimizə «myAccess» elektron bank xidməti vasitəsilə müxtəlif innovativ həllər təqdim edir. Hazırda müştərilərimizin ödənişlərinin 72%-i onlayn rejimdə aparılır. Biz müştərilərimizin vaxtını yüksək qiymətləndiririk, ona görə də rəqəmsal xidmətlərimizin daha da genişlənməsi «AccessBank» üçün prioritet olacaq.

Bundan başqa, biz müasir texnologiyalara da investisiyalar yatırırıqki, əvvəlkindən daha tez yeni məhsullar təqldim etmək imkanımız olsun.

Other news