AZAL-ın təyyarəsi quşla toqquşub və təcili eniş edib

12:24 - 9.04.2018


9 aprel, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) milli hava xəttinə məxsus təyyarə bu gün quşla toqquşub.

Şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, hadisə Bakı-Naxçıvan reysi ilə (Airbus 320) baş verib.

“Hava gəmisinin kapitanı, Heydər Əliyev hava limanına qayıtmaq qərarına gəlib və təyyarə təyinat yerinə sağ-salamat dönüb. Təyyarə texniki baxışa göndərilib və sərnişinlər Naxçıvana daha sonra  başqa təyyarə ilə uçacaqlar”, - P.Kəsəmənski belə deyib.

 

 

Other news