Azərbaycanda bank müştərilərinin sayı ötən ay bu qədər olub - Artım var

10:36 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin avqust ayına 10 989 590 nəfər təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 678 449 nəfər olub.

Bu da illik müqayisədə bank müştərilərinin 2 311 141 nəfər artması deməkdir.

Bu ilin iyul ayında bank müştərilərinin sayı 10 714 685 nəfər təşkil edib.

Belə ki, aylıq müqayisədə 274 905 nəfər artıb.

 

Other news