Banklar 8 ayda əmanətlər üzrə nə qədər faiz ödəyiblər?

11:05 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Azərbaycandakı banklar 2021-ci ilin 8 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 232 milyon manatlıq faiz ödəyiblər.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 milyon manat və ya 13,5% artıb. Belə ki, 2020-cu ilin 8 ayında banklar 204,4 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Qeyd edək ki, Azərbaycandakı banklar 2019-cu il ərzində depozitlər üzrə 372,4 milyon manatlıq, 2020-ci il ərzində isə 312,9 milyon manatlıq faiz ödənişi həyata keçiriblər.

 

Other news