Bu ölkə neft sənayesinə böyük pullar yatıracaq - 145 milyard dollar

11:44 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. İran ölkənin neft sənayesinə 145 milyard ABŞ dolları sərmayə yatırmaq niyyətindədir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Ovci bildirib. Onun sözlərinə görə, bütün bunlar növbəti 4-8 il ərzində baş tutacaq.

Bunun üçün nazir istər yerli, istərsə də xarici investorların ölkənin neft sənayesində iştirak etməsini dəstəkləyib: "İran və xarici investisiyaları cəlb etmək üçün hazırda planlar hazırlanır".

 

Other news