Mərkəzi Bank: Azərbaycanda uçot dərəcəsi bir rəqəmli səviyyəyə qədər azaldıla bilər

16:23 - 9.04.2018


9 aprel, Fineko/abc.az. İyun ayında Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin səviyyəsini yenidən nəzərdən keçirəcək.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki,  hazırda uçot dərəcəsinin səviyyəsi 11%-dən 13%-ə qədər endirilib.

“Növbəti dəfə uçot dərəcəsinin həcminə iyun ayında baxılacaq, və  makroiqtisadi vəziyyətdən asılı olaraq, yəni, vəziyyət dəyişməsə, dərəcə bir rəqəmli səviyyəyə qədər azaldıla bilər”, - E. Rüstəmov bunu deyib.

 

Other news