AzSığorta 5 mln. manata yaxın pul itirdi – Hesabat

17:06 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin satışı, o cümlədən yığımları azalmaqda davam edir.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-avqust ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verilir ki, qeyd olunan dövr ərzində şirkətin yığımları kəskin azalıb.

Belə ki, son bir illə (2020 yanvar-avqust) müqayisədə şirkətin yığımlarının həcmi 4,615 mln. manat və ya 38,61% azalaraq 7,338 mln. manata düşüb.

Yığımlardakı azalmadan fərqli olaraq, hesabat dövründə şirkətin müxtəlif sığorta hadisələləri üzrə ödədiyi vəsaitlərin həcmində kəskin artım müşahidə olunub. Bu dövrdə “AzSığorta”nın ödənişləri 1,556 mln. manat və ya 42,46% artaraq 5,221 mln. manata çatıb

© Fed

Other news