Elman Rüstəmov: I rübdə Azərbaycanda inflyasiya 4% təşkil edib

17:52 - 9.04.2018


9 aprel, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri 10,2% artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib ki, ilin birinci rübündə ölkədə inflyasiyanın səviyyəsi  4%  təşkil edib.

“O cümlədən, ərzaq məhsulları 4%, qeyri-ərzaq məhsulları 4,3%, xidmətlər 2,9% bahalaşmışdır. Məzənnə sabitliyi, pul təklifinin optimal səviyyədə idarə olunması, dünya ərzaq qiymətlərinin dinamikası və inflyasiya gözləntilərinin nisbətən azalması cari ildə təkrəqəmli inflyasiyanı şərtləndirən başlıca amillər olmuşdur”, - E.Rüstəmov belə deyib.

Onun sözlərinə görə, inflyasiyanın azalması əhalinin real gəlirlərinin artımını dəstəkləyir. 2018-ci ilin yanvar-fevral aylarında əhalinin nominal gəlirləri 10,2% artmışdır.

 

 

Other news