Çin nəhəngi aktivlərini satır - 1,5 milyard dollarlıq pay

11:26 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Çinin ən çox borcu olan iri tikinti-əmlak şirkəti, öhdəliklərinin həcmi 300 milyard dolları keçən "Evergrande" sürətlə müxtəlif aktivlərini satır.

ABC.AZ xəbər verir ki, indi də şirkət Şenqjinq bankındakı 1,5 milyard dollarlıq payını satacağını açıqlayıb.

Adıçəkilən şirkət bugün səhər Honq Konq birjasına təqdim etdiyi sənəddə Şenqjinq bankındakı 1,75 milyard ədəd səhmi Çinin dövlət mülkiyyətində olan “Shenyang Shengjing Finance” investisiya şirkətinə hər səhm başına 5,70 yuana satmaq barədə razılaşma imzaladığını bildirib.

 

Other news