"Samsung" çip zavodu tikəcək - 17 milyard dollarlıq sərmayə

12:27 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Son 1 ildə dünya bazarını sürətlə bürüyən yarımkeçirici çip böhranı deyəsən təsdiqini tapmağa yaxınlaşır.

ABC.AZ xəbər verir ki, bu cür xəbərləri qüvvətləndirən Cənubi Koreya nəhəngi "Samsung" da ABŞ-da ikinci çip zavodunu inşa etməyə hazırlaşması məlumatıdır.

Şirkət artıq yer seçimini yekunlaşdırıb və zavodu Texas ştatının Uilyamson regionunda tikəcək.

17 milyard dollar vəsaitin yatırılacağı zavodun 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Müəllif: Elmir Murad

Other news