Çin şirkəti indi də bu sahəyə sərmayə qiyur - Konqodakı yatağından pay alır

14:16 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Çinin ən böyük lityum-ion batareya istehsalçısı olan Contemporary Amperex Technology (CATL) şirkəti dünyanın ən böyük yataqlarında səhm sahibi olmaq istəyir.

ABC.AZ-ın məlumatına görə, adıçəkilən şirkət Konqo Demokratik Respublikasındakı ən böyük lityum yataqlarından birinin 24%-lik hissəsini alır.

Qeyd edək ki, CATL, Avstraliyanın "AVZ Minerals" kəşfiyyat şirkətinə Cənub-Şərqi Konqoda Manono lityum layihəsi üçün 240 milyon dollar ödəməyi qəbul edib.

Bu sövdələşmə nəticəsində "AVZ Minerals" səhmlərin 51%-nə, Konqo dövlətinə məxsus "Cominiere" şirkəti 25%-nə, qalan hissəsinə isə  CATL şirkəti nəzarət edəcək.

Müəllif: Elmir Murad

Other news