“Bir Pəncərə” vasitəsi ilə bu qədər qeyri-neft ixracı həyata keçirilib

11:52 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. 2021-ci ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə  həyata keçirilən qeyri-neft ixracının dəyəri 16,7 milyon ABŞ dolları olub.

ABC.AZ-ın məlumatına görə, bu “İxrac İcmalı”nın növbəti sayında əks olunub.

Qeyd olunub ki, 2017-ci ildən 2021-ci ilin oktyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 641,7 milyon ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad

Other news