Səkkiz ayda “Azərkosmos” xaricə 30 milyon dollardan çox xidmət sata bilib

12:26 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 30,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə “İxrac İcmalı”nın növbəti sayında qeyd olunub.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.

2021-ci ilin avqust ayında isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-avqust ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon ABŞ dolları ilə ABŞ, 6,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6,4 milyon ABŞ dolları ilə Fransa, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1,1 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.

 

Other news