Səkkiz ayda Azərbaycanın ixracı nə qədər olub?

14:40 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. İxrac icmalının sentyabr sayına əsasən, 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 mlrd. ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 mln. ABŞ  dolları və ya 37,1% artıb.

2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub.  Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb. 2021-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (143,8 milyon ABŞ dolları)  birinci olub. Bu siyahıda qızıl (140,1 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (128,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

 

Other news