Qeyri-neft sektoruna aid ən çox mal bu ölkələrə ixrac edilib - Siyahı

15:18 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. 2021-ci ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (54,4 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

ABC.AZ-ın məlumatına görə, bu "İxrac İcmalı"nın sentyabrın sayında qeyd olunub. Sözügedən sayda bildirilir ki, bu siyahıda Türkiyə ikinci (48 milyon ABŞ dolları) və İsveçrə üçüncü (25,5 milyon ABŞ dolları) olub.

2021-ci ilin avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (27,8 milyon ABŞ dolları) birinci, qızıl (23,4 milyon ABŞ dolları) ikinci və karbamid (11 milyon ABŞ dolları) üçüncü olub.

 

Other news