AZAL 8 ayda 6 milyon dollarlıq xidmət ixrac edib

16:29 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda  bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvar-avqust ayında AZAL 5.3 min ABŞ dolları dəyərində xidmət ixrac edib.

 

Other news