Sosial şəbəkələrin “donması” bir günə nə qədər itki yaradar? - Vüqar Bayramlıdan cavab

11:22 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. İqtisadçı deputat Vüqar Bayramov ötən gün sosial şəbəkələrin çökməsi nəticəsində qlobal iqtisadiyyata dəyən ziyandan yazıb.

ABC.AZ xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bu hadisə qlobal iqtisadiyyata da ciddi təsir edib: "NetBlocks" şirkətinin hesablamalarına görə, feysbuk, instaqram, tvitter, vatsap və feysbuk messencerin çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb.

Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi.

Şirkətin Dünya Bankı, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmasa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər.

Sadəcə feysbukun 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər".

 

Other news