Avropada işıq pulu xərcləri kəskin artıb - Səbəb

11:30 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Son aylar qazın qiymətinin kəskin artması nəticəsində Avropa Birliyində istehlakçıların işıq pulu xərcləri kəskin artıb.

ABC.AZ xəbər verir ki, oktyabrın 4-də Avropada qazın qiyməti bir qədər də yüksələrək 1 min kubmetr üçün 1200 dollara qalxıb.

Nəticədə təkcə sentyabr ayında baş verən bahalaşma səbəbindən Fransa və İspaniyada hər mənzilə düşən işıq pulu xərci 450-500 dollara yüksəlib.

Other news