Qeyri-neft sektorunda ixracı ən çox artan məhsullar - Siyahı

15:43 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac icmalı”nın oktyabr sayı nəşr olunub və qeyri-neft ixracımız 40,9% artdığı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb. Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ixrac 1,7 mlrd ABŞ dolları təşkil edib.

Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 mln ABŞ dolları olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon ABŞ dolları təşkil edib.

Other news