Yaponiyada benzinin qiyməti bahalaşmaqdadır - Detallar

11:13 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. Yaponiyada benzinin qiyməti son üç ildə ən yüksək həddə çatıb.

ABC.AZ xəbər verir ki, adi benzinin qiyməti bir litr üçün 160 yeni və ya 1 dollar 43 sentə çatıb.

Bu, bir həftə əvvəlki qiymətdən təqribən 1,3 yen bahadır və artıq beş həftədir ki, benzinin qiyməti fasiləsiz olaraq artmaqda davam edir.

Ekspertlər qeyd edib ki, bahalaşma  avqustda ABŞ-ın cənubunda qasırğa baş verdikdən sonra başlayıb.

Həmin ərazidə neft hasilatı üzrə çoxsaylı müəssisələr yerləşir.

Müəllif: Elmir Murad

Other news