Azərbaycan Gürcüstandan şərab idxalını artırıb

11:01 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 162 527 şüşə şərab idxal edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 21% çoxdur.

Ümumilikdə 9 ay ərzində Gürcüstan 60 ölkəyə 72,5 milyon şüşə şərab ixrac edib və 168 milyon ABŞ dolları gəlir əldə edib. Bu illik müqayisədə 11% çoxdur.

Hesabat dövründə gürcü şərabının strateji bazarlara - Polşa, Çin, Latviya, Litva, ABŞ, Almaniya və Böyük Britaniyaya ixracının artım dinamikası saxlanılıb.

 

Other news