Aşağı gəlirli ölkələrin borcu artıb - Hesabat

12:16 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Pandemiyanın başladığı dönəm olan 2020-ci ildə aşağı gəlirli ölkələrin xarici borcu rekord templə - 12% artıb.

ABC.AZ xəbər verir ki, Dünya Bankının dünən dərc etdiyi “Beynəlxalq Borc Statistikası 2022” hesabatında ən yoxsul ölkələrin borcunun 860 milyard dollara çatdığını bildirilib.

Aşağı və orta gəlirli ölkələrin ümumi borcu 2020-ci ildə 5,6% artaraq, 8,7 trilyon dollar təşkil edib. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu xətti ilə orta və aşağı gəlirli ölkələrə pandemiya ilə mübarizə üçün xalis maliyyə axını son 10 ildə ən yüksək göstərici - 117 milyard dollar olub. Bu ölkələr qrupunun 2020-ci ildə buraxdığı 457 milyard dollarlıq istiqrazların yarısı Çinin payına düşüb.

Ümumiyyətlə, orta və aşağı gəlirli ölkələr qrupuna 2020-ci ildə xalis maliyyə axını 909 milyard dollar təşkil edib. Bunun 435 milyard dolları kreditlər (9% artım, 2019-cu ildə 400 milyard dollar), 473 milyard dolları kapital axınlarıdır (15% azalma, 2019-cu ildə 554 milyard dollar). Birbaşa xarici investisiyalar 14% azalaraq, son 10 ildə ən aşağı səviyyəyə düşüb - 435 milyard dollar.

 

Other news