Azərbaycanın da xarici borcu artıb – Hesabat

12:17 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Dünya Bankının hesabatına əsasən, Azərbaycanın xarici borcu son 10 ildə ikiqat artıb.

ABC.AZ-ın məlumatına görə, 2010-cu ildə bütün mənbələrdən cəlb edilən xarici borcun həcmi 7 milyard 251 milyon dollar idisə, 2020-ci ilin sonuna bu rəqəm 15 milyard 812 milyon dollar təşkil edib.

Ölkənin uzunmüddətli borc öhdəlikləri 15 milyard 139 milyon dollardır. Dövlət zəmanəti ilə götürülən borcların həcmi 14 milyard dollara çatıb.

Bu dövrdə ölkəyə birbaşa xarici investisiyaların axını kəskin azalıb. 2010-cu ildə 3,35 milyard dollar təşkil edən rəqəm 2020-ci ildə 507 milyon dollara düşüb. Müəllif: Elmir Murad

 

 

Other news