"Samsung" ən bahalı modelini təqdim edib

17:09 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Çində “Samsung W22 5G” smartfonunun daha bir modelinin təqdimatı olub.

ABC.AZ xəbər verir ki, bu bahalı qiymətə olan “Galaxy Z Fold 3” modelidir.

Şirkət yeni cihazı qlobal modellər arasındakı vizual fərqləri adlandırıb. “W22 5G” smartfonu ötən ilki “W21” smartfonundan bir sıra əlamətlərə görə fərqlənir. Belə ki, indi modelin yalnız müəyyən hissələri qızılı rəngə boyanıb. Eyni zamanda “W22 5G”in çərçivəsi gümüşüdür, cihazın üzərində şirkətin loqosu görünür.

Qeyd edək ki, cihazın qiyməti təxminən 3 min dollar təşkil edəcək.

Müəllif: Elmir Murad

 

Other news