"Unibank” da İdarə Heyətinin tərkibində dəyişiklik ediləcək

16:40 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibində dəyişiklik ediləcək.

ABC.AZ Banka istinadən xəbər verir ki, bu məsələnin səhmdarların yığıncağında müzakirə edilməsi nəzərdə tutulub.

Qeyd olunur ki, səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

 

Other news