Nazirdən kredit faizlərinin subsidiyalaşdırılması barədə açıqlama

14:43 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Ötən ilin iyun ayından bu ilin oktyabr ayınadək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı 6 007 müraciət daxil olub və bunlardan 4 849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.

"Təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 milyon manatdır", - o qeyd edib.

 

Other news